Suriyada prezident seçkiləri keçiriləcək

Baş səhifə

Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Dohada keçirilən forumda açıqlayıb.

Onun sözlərinə görə, milli dialoq üzrə geniş konfrans keçirilib və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul edilib. Bu sənəd prezidentə beş il müddətinə hakimiyyətdə qalmaq səlahiyyəti verir. Bu beş illik dövr ərzində bir sıra qanunların qəbul ediləcəyi və dövlət idarəetmə sisteminin əsasını təşkil edəcək yeni konstitusiyanın hazırlanacağı nəzərdə tutulur. Suriyanın keçid dövrü prezidenti qeyd edib ki, dörd ildən sonra mütləq prezident seçkiləri keçiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.