“Qobu Park 1” yaşayış massivindəki partlayışda tüstüdən zəhərlənənlərdən bir nəfərin vəziyyəti ağırdır

Baş səhifə
Qobu Park 1 yaşayış massivindəki partlayışda tüstüdən zəhərlənənlərdən bir nəfərin vəziyyəti ağırdır

Dekabrın 5-də “Qobu Park 1” yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.