
Beyləqan. Trend:
Beyləqanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş
verib.
Trend-in yerli
müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı minik maşını idarəetməni itirərək
yol kənarında aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

