Praqada yanğın təxminən 10 milyon dollarlıq retro avtomobilləri məhv edib

Baş səhifə
Praqada yanğın təxminən 10 milyon dollarlıq retro avtomobilləri məhv edib

Çexiyanın paytaxtı Praqada yanğın təxminən 200 milyon kron (10 milyon dollar) dəyərində retro avtomobilləri məhv edib.

“Report “Idnes” xəbər portalına istinadən xəbər verir ki, bunu Praqa Yanğınsöndürmə İdarəsinin nümayəndəsi Voytex Rotşedl bildirib.

“Hadisə şənbə gecəsi baş verib. Straşnitse rayonunda yerləşən təkər təmiri avtoservisində böyük yanğın qeydə alınıb. Burada retro avtomobillər saxlanılırdı”, – o deyib.

Portalın məlumatına görə, yanğının sahəsi 900 kvadratmetr təşkil edib. Yanğınsöndürənlər alovu nəzarət altına alaraq onun daha da yayılmasının qarşısını təxminən bir saat ərzində ala biliblər.

Hadisənin səbəbləri araşdırılır.