Avropa öz gücünü doğru qiymətləndirmir – Kaya Kallas

Baş səhifə

Bakı. Trend:

Avropa öz gücünü, xüsusilə Rusiyaya qarşı gücünü olduğundan az
qiymətləndirib. Biz özümüzə daha çox inanmalıyıq.

Trend xəbər
verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa
Komissiyasının vitse-prezidenti Kaya Kallas “Doha Forumu”nda
çıxışında deyib.




“ABŞ hələ də bizim ən böyük müttəfiqimizdir. Biz də ABŞ üçün ən
böyük müttəfiq olaraq qalırıq. Avropanın güclü və davamlı olması
ABŞ-nin də maraqlarına uyğundur. Biz hər mövzuda həmişə eyni
fikirdə olmamışıq, amma fikrimcə, ümumi prinsip dəyişməyib: biz ən
böyük müttəfiqlərik və birlikdə qalmalıyıq”, – deyə Kallas
vurğulayıb.