
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident
İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident.
Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və
Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi
vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə
görə dərin minnətdarlığımı bildirirəm.
Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada
münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin
edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla
qeyri-mümkün nə varsa, ona nail olacağıq.
Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”.

