Azərbaycanda noutbuk istehsalı 16 dəfəyədək, stolüstü kompüter istehsalı isə 3 dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 463 ədəd
noutbuk istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 827
ədəd və ya 15,6 dəfə çoxdur.




Bundan başqa, bu ilin ilk 10 ayında Azərbaycanda 2 847 ədəd
stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 1 783 ədəd, yaxud da 2,7 dəfə
çoxdur.

Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrik
avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvaroktyabr
aylarında 253,4 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının
istehsalı 11,6 faiz azalıb, kompüter, elektron və optik məhsulların
istehsalı isə 98,4 faiz artıb.