Bakı. Trend:
İndoneziyanın Sumatra adasında güclü leysanlardan sonra baş
vermiş daşqınlar nəticəsində azı 908 nəfər həyatını itirib,
4200-dən çox insan yaralanıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Fövqəladə
Halların İdarəolunması Agentliyi məlumat yayıb.
400-dən çox insanın hələ də adları itkin düşənlərin siyahısında
yer alır.
Bundan əvvəl itki sayının təqribən 850, yaralı sayının 2700
olduğu deyilirdi.
Qeyd edək ki, ötən həftə İndoneziya, Şri-Lanka və Tailanda daxil
olan güclü siklon bölgədə təbii fəlakətlərə, o cümlədən torpaq
sürüşmələrinə səbəb olub.

