Qriqoryan: İrəvan və Bakı tərəfindən sülh sazişinin paraflanması Qafqazdakı atmosferi dəyişib

Baş səhifə
Qriqoryan: İrəvan və Bakı tərəfindən sülh sazişinin paraflanması Qafqazdakı atmosferi dəyişib

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.

“Report”un xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib.