
Bakı.Trend:
Nizami rayonu ərazisində gecə saatlarında avtomobil təmiri
sexlərindən birinin qarşısından 2000 manat dəyərində 2 mühərrik və
dəmir materiallar oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nizami RPİ-nin 23-cü Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 30 yaşlı N.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Həmçinin Nərimanov rayonunda marketlərin birindən oğurluq
etməkdə şübhəli bilinən 26 yaşlı E.Məlikzadə də polis əməkdaşları
tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.

