Türkiyədə ağır yol qəzası – Çox sayda ölən və yaralılar var

Baş səhifə

Bakı. Trend:

Ötən gecə Türkiyənin Şanlıurfa-Adana avtomobil yolunda Ayranlı
tunelindən 2 kilometr aralıda ağır yol qəzası baş verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sürücüsü hələ müəyyən edilməmiş sərnişin avtobusu
eyni istiqamətdə hərəkət edən TIR-a arxadan çırpılıb.




Toqquşma nəticəsində 6 nəfər hadisə yerində dünyasını dəyişib.
Yaralanan 11 nəfər təcili tibbi yardım maşınları ilə Osmaniyə
rayonunun müxtəlif xəstəxanalarına çatdırılıb. Yaralılardan biri
xəstəxanada həyatını itirib.

Hadisə yerinə çox sayda yanğınsöndürən, tibb personalı, polis və
jandarma briqadaları cəlb olunub. Xilasedicilər uzun səylərdən
sonra toqquşmadan sonra avtobusda köməksiz vəziyyətdə qalmış
sərnişinləri çıxara biliblər. Hadisə ilə bağlı genişmiqyaslı
istintaq aparılır.