Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə
müşaviri Məhəmməd bin Əhməd Al-Misnad ilə görüşüb.

Trend xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

“Bu gün Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə
müşaviri, qardaşım Məhəmməd bin Əhməd Al-Misnad ilə görüşdüm.

Görüşdə iki ölkə arasındakı münasibətlər, həmçinin regional və
beynəlxalq inkişaflar müzakirə edildi”, – deyə paylaşımda qeyd
olunub.