
Bakı.Trend:
Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki
dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 336, o cümlədən borclu şəxs qismində
axtarışda olan 308 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Bildirilib ki, narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt
müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

