ABŞ Cənubi Koreyaya yüksək dəqiqlikli GBU-39 bombaları satacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 112 milyon dollara yaxın
dəyəri olan 600-dən çox yüksək dəqiqlikli “GBU-39” bombalarının
potensial satışını təsdiqləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Dövlət Departamentindən bildirilib ki, bu təchizat Seulun 387
bomba alınmasına dair əvvəlki müqavilə üzrə təsdiq üçün göndərdiyi
sorğunu tamamlayacaq.

“GBU-39 Small Diameter Bomb” (SDB) — ABŞ istehsalı olan 250-lb
çəkili (təxminən 113 kg) yüksək dəqiqlikli bombadır. O, GPS/INS
naviqasiya sistemləri ilə təchiz edilib və qanadları buraxıldıqdan
sonra cazibə qüvvəsi prinsipi ilə işləyən ənənəvi bombalardan
fərqli olaraq “glide” manevrini yerinə yetirə bilir. Bununla da
hədəfə 110 kilometrədək məsafədən yüksək dəqiqliklə zərbə endirmək
mümkündür.