
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya
çempionatının əsas favoritini açıqlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“İspaniya şübhəsiz ki, favoritlərdəndir. Bu, əla komandadır və
həmişə belə olub. Mən İspaniyanın böyük azarkeşiyəm, bu ölkəni
sevirəm. Düşünürəm ki, onların mundialda çox yaxşı şansları var”, –
deyə, Tramp bildirib.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq.
Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

