Madrid klubu braziliyalı futbolçunu istəyir

Baş səhifə

“Atletiko Madrid” Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Eqinaldo ilə maraqlanır.

Metbuat.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone vingerin heyətə cəlb edilməsini istəyir. “Fichajes”də dərc edilən xəbərə görə, futbolçunun transferi 15 milyon avroya başa gələ bilər. “Atletiko” braziliyalı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Eqinaldo cari mövsüm Donetsk komandasında 12 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.