S&P Global Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın milli və xarici valyutada öhdəlikləri üzrə uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib.
“Report” bu barədə agentliyin bəyanatına istinadən xəbər verir.
Reytinq üzrə proqnoz “stabil”dən “müsbət”ə dəyişdirilib. Agentlik qeyd edib ki, emitentin tələbi ilə reytinqləri geri götürüb.
Vurğulanıb ki, Azərbaycan reytinqli ölkələr arasında ən güclü suveren balans hesabatlarından birini saxlayır. Belə ki, Dövlət Neft Fondunun (ARDNF) idarə etdiyi əhəmiyyətli aktivlər, hökumətin güclü xalis aktiv mövqeyi və aşağı dövlət borcu əhəmiyyətli amortizasiya imkanlarını təmin edir və iqtisadiyyatı karbohidrogen qiymətlərinin dəyişkənliyindən qorumağa kömək edir.
“Bu ehtiyatlar neft yataqlarının tükənməsi və qaz hasilatının sabitləşməsi səbəbindən iqtisadi artımın cüzi səviyyədə qalmasına baxmayaraq, makroiqtisadi sabitliyi dəstəkləyir”, – agentlik qeyd edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

