
Bakı. Trend:
Ukrayna Futbol Assosiasiyası (UFA) 2026-cı il dünya
çempionatının seçmə oyunlarında baş verən intizam pozuntularına
görə UEFA tərəfindən rəsmi şəkildə cəzalandırılıb.
Trend-in
məlumatına görə, Ukrayna – İslandiya (2:0) matçından sonra UEFA
UFA-ya 19 min avro məbləğində cərimə kəsib. Sanksiyalara azarkeşin
meydana daxil olması və tribunada pirotexnikadan istifadə halları
daxildir.
Digər cəza Avro-2024-ün pley-off mərhələsində Bosniya və
Herseqovina ilə keçirilən görüş zamanı stadionda nümayiş etdirilən
“Rusiya terrorist dövlətdir” bannerinə görə tətbiq olunub. Bu
səbəbdən UFA əlavə cərimə ödəməli olacaq.
Qeyd edək ki, Ukrayna millisi 2026-cı il dünya çempionatının
seçmə mərhələsində növbəti oyununu 26 mart tarixində İsveç
yığmasına qarşı keçirəcək.

