Dövlət Departamenti: Vaşinqton və Kiyev atəşkəsə yönəlik konkret addımların zəruriliyini qeyd ediblər

Baş səhifə

ABŞ və Ukrayna nümayəndələri Floridada Ukrayna münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqlarda atəşkəs və gərginliyin azaldılmasına yönəlik konkret addımların zəruriliyini qeyd ediblər.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.

Sənəddə vurğulanır ki, tərəflər “atəşkəs və deeskalasiya addımlarının” münaqişənin yenidən alovlanmasının qarşısını almaq və Ukraynanın “kompleks bərpa planını” həyata keçirmək üçün vacib olduğunu bildiriblər.

Danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və prezident Donald Trampın kürəkəni, biznesmen Cared Kuşner iştirak edib. Ukrayna tərəfini isə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.