Bakı. Trend:
“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 final
mərhələsində Portuqaliyanın “Benfika” komandası ilə cavab görüşünə
çıxıb.
Trend xəbər verir
ki, Lissabonda, “Pavilyao Fidelidade” arenasında keçirilən oyun
Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Benfika”nın qollarını İqor de Souza (9:24), Andre Koelho
(28:57) və Anilton Silva (34:28, 35:40) vurub. “Araz-Naxçıvan”ın
heyətində isə Luicci Lonqo (35:52) və Ədalət Ələkbərov (39:40)
fərqləniblər.
Matçı Serbiyadan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə “Benfika” 9:0 hesabı
ilə qalib gəlmişdi.

