ABŞ Danimarkaya hava və raketdən müdafiə sistemlərini satacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Danimarkaya 3 milyard dollarlıq
İnteqrasiya olunmuş Döyüş Komandanlıq Sisteminin (IBCS) hava və
raketdən müdafiə döyüş idarəetmə sistemi və əlaqəli logistikasının
satışını təsdiqləyib.

Trend xəbər verir
ki, məlumat dekabrın 5-də hökumətlərarası müqavilələr çərçivəsində
xaricə hərbi texnika və silah tədarükündən məsul olan Pentaqonun
Təhlükəsizlik Əməkdaşlıq Agentliyi tərəfindən yayımlanıb.

Bəyanatda qeyd olunur ki, sistem artilleriya atəşindən qorunma
vasitələri, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları
ilə təchiz olunub.




Sənəddə vurğulanır ki, “təklif olunan satış NATO müttəfiqinin
döyüş qabiliyyətlərini artırmaqla ABŞ-ın xarici siyasətini və milli
təhlükəsizlik məqsədlərini dəstəkləyəcək”. ABŞ tərəfi hesab edir
ki, IBCS-in Danimarkaya satışı onun yerüstü orta və uzun mənzilli
hava hücumundan müdafiə imkanlarını genişləndirəcək. Əsas
podratçılar Lockheed Martin, RTX Corporation və Northrop Grumman
olacaq.

ABŞ administrasiyası sistemin potensial satışını təsdiqləmə
qərarını Konqresə çatdırıb. Qanunverici orqan müqaviləni nəzərdən
keçirmək və onu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinə
malikdir.