Fransada naməlum dronlar qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Fransadakı İl-Lonq hərbi bazası üzərində beş naməlum dron
müşahidə edilib və ölkənin hərbi prokurorluğu insidentlə bağlı
araşdırmaya başlayıb.

Trend xəbər verir
ki, bu barədə “Agence-France-Presse” məlumat yayıb.




Bildirilir ki, dronlar axşam saatlarında hərbi bazanın üzərindən
uçublar. Obyektin mühafizəsinə cavabdeh olan Dəniz Piyadaları
Batalyonu dronları vurmağa cəhd göstərib.

Qeyd edək ki, Bretan yarımadasında yerləşən İl-Lonq bazası 120
dəniz jandarmı tərəfindən qorunan strateji hərbi obyekt sayılır.
Həmin bazada yerləşən sualtı qayıqlar nüvə silahı daşıyır.