
Rusiyada “Snapchat” tətbiqinə giriş qadağan edilib.
Metbuat.az xəbər verir ki, “Snapchat” vasitəsilə qanunsuz əməllər həyata keçirildiyinə görə belə qərar qəbul edilib. Bu barədə Rusiyanın rəsmi dairələri məlumat paylaşıb. Açıqlamada deyilir ki, “Snapchat”dan ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlara qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur.
Qeyd edək ki, Rusiya eyni səbəbdən “FaceTime” tətbiqinə girişi bloklayıb. Bundan əvvəl, Rusiyada “Facebook”, X, “TikTok”, “YouTube” və “Instagram” kimi sosial media platformalarına giriş də bloklanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

