Hollandiyada məhbuslar əməkdaşları girov götürdü

Baş səhifə

Bakı. Trend:

Hollandiyanın Vyuqt şəhərindəki islah müəssisəsində məhbuslar
həbsxana əməkdaşlarını girov götürüblər.

Trend xəbər verir
ki, məlumatı “NU.nl” yayıb.

Hadisənin həbsxana xəstəxanasının psixiatriya şöbəsində baş
verdiyi bildirilir.




Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı
qüvvələri müəssisəyə daxil olub.

Ədliyyə və Təhlükəsizlik Nazirliyi insidentin yalnız həbsxana
daxilində baş verdiyini təsdiqləyib. Obyektin xarici perimetri
boyunca heç bir əməliyyat həyata keçirilməyib.

Girovların sayı və hadisənin digər detalları barədə əlavə
məlumat açıqlanmayıb.