Donald Tramp DÇ-2026 püşkatma mərasimində iştirak edir

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA
Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il FIFA Sülh
mükafatına layiq görülüb.

Trend xəbər verir
ki, mükafatı Trampa FIFA prezidenti Canni İnfantino təqdim
edib.

Təqdimat zamanı nümayiş etdirilən videoçarxda Trampın müxtəlif
münaqişələrin həllinə verdiyi töhfələrlə yanaşı, Ermənistanla
Azərbaycan arasında sülhün təşviqi istiqamətində gördüyü işlər və
müvafiq sənədin imzalanması da xüsusi olaraq vurğulanıb.

xxx

21:47




ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup
mərhələsinin püşkatma mərasimində iştirak edib.

Trend xəbər verir
ki, siyasətçi ABŞ milli komandasının turnirdə qalib gəlmə imkanını
istisna etməyib.

“Burada olmaq böyük şərəfdir. Canni İnfantino fantastik iş
görüb. Bilet satışları rekord qırır. Yəni, biz artıq rekord əldə
etmişik, bu, əladır”, – Tramp bildirib.

“ABŞ dünya çempionatını qazana bilərmi?” sualına isə Amerika
lideri belə cavab verib: “Düşünürəm ki, bu mümkündür. Hesab edirəm
ki, burada bir çox komandanın şansı var. Yarış olduqca çətindir,
amma deyərdim ki, ABŞ millisinin kiçik də olsa şansı var.”