“Netflix” “Warner Bros Discovery”ni 82,7 milyard dollara alacaq

Baş səhifə

Bakı. Trend:

“Netflix” “Warner Bros. Discovery”ni səhm başına 27,75 dollar
qarşılığında satın almaq üçün razılığa gəlib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə “Netflix” və “Warner
Bros. Discovery” (WBD) birgə açıqlama yayıblar.

Bildirilib ki, satınalma əməliyyatı nağd pul və səhm şəklində
həyata keçiriləcək.




Satınalma yalnız “WBD”nin film və televiziya studiyalarını
deyil, həmçinin “HBO Max streaming” xidmətini də əhatə edir.
Əməliyyatın zəruri icazələr alındıqdan sonra 2026-cı ilin üçüncü
rübündə tamamlanması gözlənilir.

Məlumata görə, bu birləşmə film sənayesində yeni nəhəng şirkət
yaradacaq və monopoliyalaşma müzakirələrini artıracaq. İki şirkətin
birlikdə dünya üzrə təxminən 450 milyon abunəçisi mövcuddur.

ABŞ rəsmiləri bildiriblər ki, satış baş tutarsa, “Netflix”
rəqəmsal yayım bazarında “çox güclü” mövqeyə sahib olacaq.