
Biləsuvarda 11:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın, 2-si kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
19:40
Biləsuvar-Bəhrəmtəpə magistralında yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, qəza Biləsuvar–Bəhrəmtəpə magistralında, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qoşqulu olan “KamAZ” markalı yük maşını əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb, minik avtomobilinin qarşıdan gələn “KamAZ”ın hərəkət zolağına çıxması olub.
Faktla bağlı araşdırma aparılır.

