
“Fənərbaxça”nın ulduz futbolçusu Con Duran UEFA tərəfindən iki oyunluq cəzalandırılıb. Futbolçu iki vacib matçda komandasına kömək edə bilməyəcək.
Metbuat.az xəbər verir ki, UEFA Avropa Liqasının 5-ci həftəsində oynanılan və 1:1 hesabı ilə başa çatan “Fənərbaxça” – “Ferencvaroş” matçında qırmızı vərəqə alan Con Duranın cəzası açıqlanıb.
Hücumçu UEFA-nın İntizam Komissiyasının qərarı ilə “Brann” və “Aston Villa” ilə oynanılacaq qarşılaşmalarda meydana çıxa bilməyəcək. Dekabrın 1-də “Qalatasaray”la oynanılan dərbidə atdığı qolla qəhrəmana çevrilən Con Duranın cəzalandırılması “Fənərbaxça” azarkeşlərini məyus edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

