Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

Baş səhifə
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 4 nəfər Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR …