
Bakı. Trend:
“Kristal”
şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı
olan GEWISS arasında əməkdaşlığın
genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər
arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi
qiymətləndirilir.
Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılması
və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldə
edilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrin
daxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdə
aparılan işləri əhatə edir.
Memorandumu GEWISS şirkətinin Yüksək
Artım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri Guido
Bonacina, “Kristal”dan isə
şirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev
imzalayıb.
GEWISS brendi elektrik avadanlıqları sahəsində
Avropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimi
tanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları ilə
seçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımından
beynəlxalq standartlara tam cavab verir. GEWISS-in
elektrik açarları və digər aksesuarları isə müasir interyerlərə
uyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilə
tikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlər
GEWISS-i dünya üzrə tikinti layihələrində üstünlük
verilən top brendə çevirir.
Əməkdaşlıq çərçivəsində “Kristal”ın “City
Garden Narimanov”, “Park
Yasamal”, “Highland
Residence”,
“Biləcəri”,
“Sahil Park” layihələrində GEWISS
istehsalı olan elektrik açarları və digər elektrik aksesuarlarının
tədarükü nəzərdə tutulur.
Bu məhsullar yaşayış komplekslərində elektrik təchizatı,
işıqlandırma və idarəetmə sistemlərinin quraşdırılması prosesində
istifadə olunur.
“Kristal” və
GEWISS bundan sonra da uzunmüddətli əməkdaşlığın
daha geniş miqyasda davam etdirilməsini planlaşdırır.
Ətraflı: *1544
kristal.az

