
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədova daha bir müşavir təyin edilib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Araz Bayramzadə gətirilib. 49 yaşlı A.Bayramzadə bir müddət əvvəl bu vəzifəyə təyinat alıb.
O, 2006-2025-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baş məsləhətçi – baş əmək müfəttişi, rəis müavini və rəis vəzifələrində müxtəlif rayonlar üzrə xidmət göstərib, rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, komitə sədrinin digər müşaviri Amil Cavadovdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

