Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından ayrılan tüstüsündən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

