
Bu gün Türkiyə çempionatında 15-ci həftəyə start veriləcək. Lider “Qalatasaray” doğma meydanda “Samsunspor”u qəbul edəcək.
Metbuat.az xəbər verir ki, Okan Burukun yetirmələri qarşılaşmaya ciddi hazırlaşır. Son 4 matçda cəmi 1 qalibiyyət alan sarı-qırmızılılar meydandan 3 xalla ayrılıb uğursuzluq seriyasına son qoymaq istəyir.
Bu mövsüm keçirdiyi 14 matçın 6-sında meydanı qalib tərk edən “Samsunspor” 7 matçtda rəqiblə bərabərə qalmağı bacarıb.
Cəmi 1 məğlubiyyəti olan Samsun klubu bütün komandalar üçün ciddi təhlükə sayılır. Meydana ağ-qırmızı rəngli forma ilə çıxan əyalət komandasının asanlıqla təslim olmayacağı şübhə doğurmur.
Qeyd edək ki, Okan Buruk yaşıl meydana çıxacaq heyəti artıq müəyyənləşdirib. Son oyunlarda xüsusi fəallığı ilə yadda qalmayan ulduz futbolçi İkardi yenə ehtiyat oyunçular skamiyasında əyləşcək. Zədəsi yeni sağalan Yunus Akgün də əsas heyətə düşə bilməyib.

