
Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edib.
“APA-Economics” xəbər verir ki, bunu nazir öz sosial şəbəkə hesabında paylaşıb.
“Bu çərçivədə Üstyurt regionunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Uzbekneftegaz-|ın birgə əməkdaşlığı ilə həyata keçirilən kəşfiyyat-axtarış layihəsinə də rəsmi olaraq başlanıldı”, – deyə P.Şahbazov qeyd edib.

