“Qaçqınkom” yanğınla bağlı məlumat yaydı

Baş səhifə

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb

Yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.