TDT ölkələri əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığı genişləndirir – Baş katib

Baş səhifə

Bakı. Trend:

TDT ölkələri bir-biri ilə təcrübələrini bölüşür. Məqsədimiz, üzv
ölkələrin vətəndaşlarına öz vətənlərində olduğu kimi rahat işləmək
imkanları yaratmaqdır.

Bunu Trend-ə bu
gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq
və sosial müdafiə nazirlərinin birinci iclası çərçivəsində TDT-nin
Baş katibi Kubanıçbek Ömüralıyev açıqlamasında bildirib.




Onun sözlərinə görə, işlər gələcəkdə də davam etdiriləcək:

“Bu istiqamətdə 55-dən çox layihəmiz var. Gələcəkdə də bu işlər
davam etdiriləcək. “Türk Dünyası 2040 Vizyonu” rəhbər tutulmaqla,
əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf
etdirilməsi bizim üçün çox vacibdir. Türk Dövlətləri Təşkilatının
(TDT) 12-ci Zirvəsində Dövlət Başçıları tərəfindən qəbul edilmiş
Qəbələ Bəyannaməsi də bu istiqamətdə önəmli sənədlərdən
biridir”.