
Zəngəzur dəhlizi təkcə Türk Dövlətləri Təşkilatı üçün deyil, bütövlükdə region və dünya üçün çox önəmlidir.
Bunu “Report”a açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
Onun sözlərinə görə,
“Bu dəhliz bizim Qərbə çıxışımızı birləşdirən, həm də qədim İpək Yolunun ən vacib istiqamətlərindən biridir.Zəngəzur dəhlizi təkcə Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda bütün region, o cümlədən Qərb, Avropa, hətta Ermənistan üçün də çox faydalıdır. Avqust ayında Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtondakı razılaşmasını Yüksək qiymətləndirirəm. Məncə, bu tarixi bir addımdır”.
Baş katib, həmçinin Bakıda Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə
nazirlərinin birinci iclasının önəminə toxunaraq qeyd edib ki, TDT ölkələrinin gördüyü işlər arasında bu istiqamətdə fəaliyyətlər xüsusi əhəmiyyət daşıyır:
“Qardaş ölkələr arasında əməkdaşlıq güclənir və bizim vətəndaşlarımız həm öz ölkələrində, həm də digər qardaş ölkələrdə fəal şəkildə çalışırlar”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

