Azərbaycan karbonsuzlaşdırma üzrə regionun liderinə çevrilir – AİB

Baş səhifə

Bakı. Trend:

Azərbaycan karbonsuzlaşdırma üzrə regionun liderinə
çevrilməkdədir.

Trend xəbər verir
ki, bunu bu gün AİB-in heyət rəhbəri və enerji məsələləri üzrə
mütəxəssisi Kanqbin Çjen (Kangbin Zheng) AİB və Azərbaycan Dəmir
Yolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma üzrə layihənin
Bakıdakı təqdimatında etdiyi çıxışda deyib.

“Azərbaycanda karbonsuzlaşdırma üçün əlverişli biznes mühiti
artıq bu gün yaradılıb. Burada hüquqi baza, siyasi zəmanətlər,
fiskal stimullar, alqı-satqı mexanizmləri, bazara çıxış, həmçinin
maliyyə və müqavilə qorunması nəzərdə tutulur. Regiondakı digər
ölkələrlə müqayisədə, deyə bilərik ki, Azərbaycan hazırda liderliyə
doğru addımlayır,” – deyə o vurğulayıb.




Kanqbin Çjen qeyd edib ki, ADY karbonsuzlaşdırma sahəsinə güclü
sadiqlik nümayiş etdirir və səmərəli tədbirlər həyata keçirir. ADY
artıq müxtəlif metodları sınaqdan keçirib: günəş enerjisindən
istifadə, elektrikləşdirmənin yenilənməsi və genişləndirilməsi ilə
enerji səmərəliliyinin artırılması. 2024-cü il üçün davamlı inkişaf
hesabatının dərc olunması ADY-nin fəaliyyəti və ilkin nəticələrini
göstərmək üçün möhkəm əsas yaradıb.

“İndi bizim vəzifəmiz ADY-nin artıq əldə etdiyi nailiyyətləri
daha da inkişaf etdirmək və prosesi sürətləndirməkdir. Burada
məqsəd, artıq yaxşı həyata keçirilmiş işləri qiymətləndirmək, digər
ölkələrdə nələrdən öyrənə biləcəyimizi müəyyən etmək və bunu
növbəti beş il ərzində genişləndirməkdir,” – deyə o əlavə edib.

AİB nümayəndəsinin sözlərinə görə, ADY-nin əsas
istiqamətlərindən biri yük və sərnişin daşımalarının
artırılmasıdır.