AZSTAND-ın ötənilki gəlir və xərcləri açıqlanıb

Baş səhifə

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) ötən il üzrə gəlir və xərcləri açıqlanıb.

APA-Economics” xəbər verir ki, qurum ötən il 3036521,41 manat gəlir əldə edib.

Hesabat dövründə AZSTAND-ın xərcləri 2987468,25 manat olub.

Nəticədə, qurum ötən ili 49053,16 manat mənfəətlə başa vurub.

Qeyd edək ki, qurumun 2024-cü il üzrə maliyə hesabatı kənar audit yoxlamalarına təqdim olunub və hazırda yoxlama prosesi davam edir.