
Bakı. Trend:
İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan
“StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem
Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən,
Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük
Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan
son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya
ölkələri arasında ən yüksək göstəriciyə nail olub.
“Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya
siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə
(İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki,
İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu
and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib. Bundan
əlavə, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap
ekosistemi quruculuğu vurğulanıb.
Qeyd edək ki, “StartupBlink Startup Ecosystem Awards” hər il
dərc edilən və “StartupBlink” platformasının qlobal alqoritmlərə
əsaslanan innovasiya reytinqidir. Builki reytinqdə 18 ölkə
arasından 40 parametr əsasında seçilmiş 22 ekosistem mükafatlara
layiq görülüb.

