Rusiyada 5,4 bal gücündə zəlzələ baş verib.

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarının şərq sahillərindəki Avaça
körfəzində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının
Vahid Geofizika Xidmətinin Kamçatka filialı öz saytında
bildirib.




Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdən
78 km cənub-şərqdə, ocağı isə dəniz dibinin 62 km dərinliyində
yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ
Petropavlovsk-Kamçatskinin müxtəlif ərazilərində dörd bala qədər
hiss olunub.