Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın
xarici işlər naziri Oana-Silvia Toyu ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyi “X” sosial şəbəkəsində yazıb.
Görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının iclası
çərçivəsində keçirilib.
Nazirlər Azərbaycan–Rumıniya tərəfdaşlığının istiqamətləri,
xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və daha geniş
bağlantılar sahəsində əməkdaşlıq müzakirə ediblər.

