Ceyhun Bayramov Vyanada rumıniyalı həmkarı ilə görüşüb

Baş səhifə
Ceyhun Bayramov Vyanada rumıniyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Nazirlər Azərbaycan-Rumıniya tərəfdaşlığını, xüsusən enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və daha geniş əməkdaşlıq sahələrini müzakirə ediblər.