Azərbaycan Kuboku: “Kəpəz” “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb, 1/8 final oyunları başa çatıb

Baş səhifə
Azərbaycan Kuboku: Kəpəz Araz-Naxçıvanı mübarizədən kənarlaşdırıb, 1/8 final oyunları başa çatıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final oyunlarına yekun vurulub.

“Report” xəbər verir ki, bu mərhələnin son oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edərək növbəti raunda adlayıb.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 1/4 finalda “Turan Tovuz”la üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah””İmişli”ni (2:1), “Qarabağ” “Karvan-Yevlax”ı (3:0), “Qəbələ” “Şəfa”nı (2:1), “Sumqayıt” isə “Difai”ni (3:1) məğlub edib.