Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada
keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclasının çərçivəsində
Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə 2026-cı ilin birinci yarısında Kiprin
Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha
geniş regional vəziyyət müzakirə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
barədə fikir mübadiləsi aparıblar.