xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində İrlandiyanın Avropa məsələləri və müdafiə üzrə dövlət naziri Thomas Byrne ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Tərəflər 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyi ərəfəsində iki ölkə arasında əməkdaşlığında müşahidə olunan müsbət dinamikanı müzakirə edib, siyasi dialoqun gücləndirilməsi, ticarət, investisiya, innovasiya və humanitar əməkdaşlıq üçün imkanların araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Regional proseslər və Azərbaycanın sülh gündəmi də müzakirə olunub.
Minister of Foreign Affairs of Azerbaijan @Bayramov_Jeyhun met with the Minister of State for European Affairs & Defence @ThomasByrneTD of Ireland on the margins of the 32nd Ministerial Council meeting of #OSCE in Vienna.
The sides discussed the positive dynamics in 🇦🇿–🇮🇪… pic.twitter.com/6rISFNw10H
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 4, 2025
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

