Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in
32-ci Nazirlər Şurası iclası çərçivəsində NATO-nun Baş katibinin
müavini Radmila Şekerinska ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə
daxil olan təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik
infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər,
eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular
müzakirə olunub.

