Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılması birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq – Nazir

Baş səhifə

Bakı. Trend:

Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında
çıxışı zamanı deyib.

C.Bayramovun sözlərinə görə, bu gün qeyri-sabit ATƏT regionundan
fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü
yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti
səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata
keçirilməsi istiqamətində irəliləyir.

Nazir bildirib ki, sülh prosesinə əlavə təkan vermək məqsədilə,
Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə
məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan
qaldırıb.

“Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi,
bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa
ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.

Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir
və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti
gözləyir.

Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması
naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının
həlledici əhəmiyyətini vurğulayırıq.

Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi
iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin
imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün
təmin olunmasına imkan yaradacaq”, – deyə o fikrini tamamlayıb.