Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib

Baş səhifə
Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub.

“Report”un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Laçın və Kəlbəcər ərazisində dağlıq ərazidə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçüm cəhdlər edilir.

Əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilərək

yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir