Bakı. Trend:
Böyük Britaniya ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin
edib. Hərbi attaşenin mayor rütbəli Tomas Şorland Boll olduğu
bildirilir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Britaniyanın Ermənistandakı
səfirliyi məlumat yayıb.
“Bu tarixi addım Birləşmiş Krallıq ilə Ermənistan arasındakı
tərəfdaşlığın getdikcə möhkəmlənməsini əks etdirir, həmçinin
müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da
dərinləşməsinə töhfə verəcək”,-deyə səfirliyin məlumatında qeyd
olunur.

